“Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB 5 | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB 5

Qafar Ağayev02:03 - 15 / 03 / 2024
“Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB 5

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda 3-cü qolu vurub.

1news.az xəbər verir ki, 90+3-cü dəqiqədə meydan sahiblərində Patrik Şik fərqlənib. Növbəti qol isə 90+7-ci dəqiqədə qolun müəllifi Patrik Şik olub.

Bununla da "Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Almaniyada keçirilən matçda “Qarabağ” 2 - “Bayer 04”isə 3 qol vurub.

***

01:37

Almaniyada "Bayer 04" və "Qarabağ" matçında daha 2 qol vurulub.

1news.az xəbər verir ki, oyunda ikinci qolu 67-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Olavio Juninyo “Bayer 04”ün qapısına vurub.

5 dəqiqə sonra, 72-ci dəqiqədə “Bayer 04”ün oyunçusu Ceremi Frimponq “Qarabağ”ın qapısına qol vurub. Beləliklə ümumi hesab 2-1 olub.

***

01:18

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb.

1news.az xəbər verir ki, Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

Oyunun ilk qolunu 58-ci dəqiqədə Abdullah Zubir vurub.

**

00:50

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

1news.az xəbər verir ki, , ilk hissədə hesab açılmayıb.

***

00:02

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

1news.az xəbər verir ki, Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşün hakimi ingiltərəli FIFA referisi Entoni Teylordu.

Qeyd edək ki, İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

Paylaş:
1307

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər